news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2019

No:347/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb

Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi apardılar.

Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı.

Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirildi və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulandı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti