No:344/25, Nazir Ceyhun Bayramovun Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə telefon danışığına dair mətbuat məlumatı

20 avqust 2025 14:57

20 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kiprin xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

 

Kiprin xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. 

 

Telefon danışığı zamanı, Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib. 


Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti