No:142/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir müavini Fariz Rzayevin Qətər Dövlətinə işgüzar səfəri barədə məlumatı

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 25-28 mart 2022-ci il tarixlərində Qətər Dövlətinə işgüzar səfər edib. 

 

Fariz Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak edib və təbdirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.

 

Qətərə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.

 

F. Rzayev, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha filialini ziyarət edib, Universitetin beynəlxalq və regional araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşüb. Görüşdə, Georgetown Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti