No:111/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Qambiya Respublikasının xarici işlər naziri Mamadu Tanqara ilə görüşünə dair məlumatı
12 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
Nazirlər ikitərəfli və çoxtərəfli müstıvilərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə edilib.
Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq imkanları xüsusilə qeyd edilib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri ətrafında fikir mübadiləsi aparıblar