news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 dekabr 2016

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi Yusif Əl Osaymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb

Məktubda yeni seçilmiş Baş katib bu münasibətlə nazir Elmar Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş katib Yusif Əl Osaymin məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti