news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2016

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniyanın xarici İşlər nazirinin müavini Killike Silaste-Ellinqi qəbul etdi.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamasalınması və hazırkı vəziyyəti barədə məlumat verən nazir Elmar Məmmədyarov, diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəltdi. Nazir bildirdi ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə ve qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Nazir qeyd etdi ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

Görüşdə həmçinin, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübadiləsi aparıldı və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti