Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektorunu qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyevi qəbul edib.
Görüşdə iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli inkanların olduğu qeyd olundu.
Görüş əsnasında ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması və əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparıldı.