news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 aprel 2015

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktoru Mixael Georg Linki qəbul edib

 

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktoru Mixael Georg Linki qəbul edib.

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyətinin ciddi təəssüf doğurduğunu diqqətə çatdırdı. Sözügedən seçkilərdə ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidəçilərinin qərəzli və qeyri-obyektiv davranışları ilə fərqləndiklərini deyərək, bu təsisatın müəyyən dairələrin əlində siyasi alətə çevrilməsinin qəbuledilməz olduğunu vurğuladı.
 
Elmar Məmmədyarov yeni təyin olunmuş direktorun rəhbərliyi altında ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun daha müstəqil təsisat olacağına və üzv dövlətlərin ona bəslədiyi etimadı doğruldacağına inandığını qeyd etdi.  
 
Mixael Georg Link Azərbaycana səfəri müddətində məhsuldar görüşlər keçirdiyini qeyd edərək, səsləndirilən məqamların ciddi surətdə nəzərə alındığını və təşkilatın Azərbaycan ilə institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirdi. 
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti