news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 mart 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli konqresinin Federal senatının komitə sədri Kristovam Buarkeni qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli konqresinin Federal senatının komitə sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarkeni qəbul edib.

Görüşdə Azərbaycan və Braziliya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün geniş potensialın olduğu vurğulandı.

Parlamentlərarası diplomatiyanın dövlətlərarası əlaqələrin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkə arasında parlamentlərarası dostluq qrupunun fəaliyyəti təqdir edildi.

Azərbaycanın tolerantlıq ənənələri, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrini qeyd edən Kristovam Buarke 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Braziliya əməkdaşlığın inkişafına önəm verdiyini və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etdi.

Görüşdə dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və parlament nümayəndələrinin bu prosesdə rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti