news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 26 sentyabr 2015-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, üzv dövlətlərin namizədliklərinin qarşılıqlı dəstəklənməsi, təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti