news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2015

2015-ci ilin 29 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov III Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib

2015-ci ilin 29 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov III Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

Görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasındakı münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə etdilər. İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olundu.

Avropa enerji təhlükəsizliyinin təmin olunmasında TAP və TANAP layihələrinin əhəmiyyəti vurğulandı.

Franko Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü xüsusilə qeyd etdi.

Görüş zamanı ölkəmizdə keçirilən III Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin qeyri-rəsmi mühitdə müzakirəsi baxımdan əhəmiyyəti vurğulandı.

Franko Frattini Azərbaycanın Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi və bu oyunların Avropada idman,sülh və tərəqqiyə töhfə verdiyini diqqətə çatdırdı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti