news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 fevral 2016

Xarici İşlər Nazirliyində Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 762 nömrəli 2016-cı il 3 fevral tarixli Fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyində Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb.

17 fevral 2016-cı il tarixində xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apelyasiya Şurasının ilk iclası keçirildi.

İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apelyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirildi.

Qeyd edildi ki, Şuranın yaradılmasında əsas məqsəd ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti