news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 may 2015

Xarici islər nazirinin müavini Xələf Xələfov ilə Litva Respublikasının xarici islər nazirinin müavini Andrius Krivas arasında görüş keçirilmişdir

15 may 2015-ci il tarixində Azərbaycan Respublikası ilə Litva Respublikası Xarici Islər Nazirlikləri arasinda siyasi məsləhətləsmələr çərçivəsində Azərbaycan Respublikasının xarici islər nazirinin müavini Xələf Xələfov ilə Litva Respublikasının xarici islər nazirinin müavini Andrius Krivas arasında görüş keçirilmişdir.

Görüş zamanı Nazir müavini X.Xələfov Azərbaycan və Litva arasinda ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd etmişdir. X. Xələfov əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaslıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurgulamışdır.

Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov, Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunu labüdlüyünü diqqətə çatdırdı.

Münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair Avropa İttifaqının qəti mövqe ortaya qoymasının zəruriliyini vurğuladı.

X.Xələfov iki ölkə arasinda Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artmasi və yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma oldugunu qeyd etdi.

İkitərəfli münasibətlərin ruhuna uygun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycan və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirdi.

Andrius Krivas Litvanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, xüsusilə diplomatik münasibətlərin bərpasından keçən 20 il ərzində ugurlu əməkdaşlıq münasibətləri qurulduğunu və əlaqələrin daha da dərinləşdiyini qeyd etdi. Hökumətlərarası İqtisadi Komissiyanın iclasları zamanı artıq razılasdırılmış layihələrin icrasina başlanmasının ikitərəfli əlaqələrə daha da təkan verəcəyini əlavə etdi.

Litvanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, işğal altındakı ərazilərdə ticarət-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olduğunu qeyd etdi.

Görüşdə qarsiliqli maraq doğuran digər məsələlər də müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti