news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 mart 2015

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrəyə səfər edəcəkdir

2015-ci ilin 3-7 mart tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcəkdir.
 
Görüşlər zamanı ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaqdır.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti