Xarici işlər nazirinin müavini Araz Əzimovun İsrail Dövlətinə səfəri barədə
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 18 may 2016-cı il tarixində İsrail Dövlətinə səfər etmişdir. Səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirmişdir.
Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilmişdir. Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilmişdir.