Xarici işlər nazirinin müavini Araz Əzimovun Fələstin Dövlətinə səfəri barədə
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 19 may 2016-cı il tarixində Fələstin Dövlətinə səfər etmişdir. Səfər zamanı o, Fələstin Dövlətinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirmişdir. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanmışdır.