news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 avqust 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub

Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, 2 avqust tarixində Elmar Məmmədyarov və Mevlüt Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mevlüt Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti