Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu qəbul etdi
Azərbaycanda olmasından məmnunluğunu bildirən Roman Nəsirov Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik etdi və xeyli sayda ukraynalı idmançının yarışlarda iştirak edəcəyini diqqətə çatdırdı, eləcə də Ukraynada cərəyan edən hadisələr ilə bağlı qısa məlumat verdi.
Nazir Elmar Məmmədyarov ukraynalı idmançıların oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirdi. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.