Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Raşid Meredov ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər.
Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğuladılar.
Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman səhəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa oyunları, Türkmənistanda keçiriləcək Aziada-2017 idman tədbirlərinin əhəmiyyəti qeyd olundu.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.