news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 may 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirmişdir

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didier Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakia xarici işlər naziri Miroslav Lajcak  və Xorvatiyanın Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusic ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb. Həmçinin, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland ilə görüşüb.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti