Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mevlüt Çavuşoğluna başsağlığı məktubu göndərib
Xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna başsağlığı məktubu göndərib.
Nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. Terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu qeyd edib.
Elmar Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.