Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğluna başsağlığı məktubu göndərib
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna başşağlığı məktubu ünvanlayıb.
Məktubda, həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunur.
Həmçinin, məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanır.