Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya Parlamentinin spikerinin müavini ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya Parlamentinin spikerinin müavini Yan Figel ilə görüşüb.
Görüşdə Yan Figel iki ölkənin siyasi əlaqələrinin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin də inkişaf etdirilməsi arzusunda olduğunu diqqətə çatdırdı.
O, bu qəbildən olan rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan tərəfindən digər ölkələr ilə əməkdaşlığında parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, iki ölkənin parlamentləri arasında təmasların artırılmasının vacibliyini diqqətə çəkdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın son illər ərazində əldə etdiyi siyasi-iqtisadi inkişafı, enerji siyasəti və zəngin multikulturalizm ənənələri haqqında məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.