Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.
Görüşdə səfir Ayciqit Buranovu etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Ayciqit Buranovu ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov Səfir Ayciqit Buranova diplomatik fəaliyyətində uğurlar arzu etdi.