news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib.

Görüşdə səfir Beybit İsabayev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti