Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib
Görüşdə səfir Marek Tsalka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Marek Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov Səfir Marek Tsalkaya diplomatik fəaliyyətində uğurlar arzu etdi.