news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 avqust 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanlı həmkarına xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar Pakistanlı həmkarı Sərtac Əzizə başsağlığı məktubu ünvanlayıb.

Məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirildiyi bildirilib və terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini qeyd edib. 

Elmar Məmmədyarov bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verib və yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti