news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyun 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayseri qəbul edib

Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan və Pakistan arasında münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək, bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını qeyd etdi.

Nazir həmçinin Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Səfir X.Qayser iki dövlət arasında əməkdaşlığın bütün sahələrində uğurlu tərəfdaşlıq qurulduğunu bildirərək, siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib faktor olduğunu vurğuladı.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti