Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kerversi qəbul edib
Nazir Elmar Məmmədyarov Onno Kerversi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Onno Kervers diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.