Xarici işlər naziri Elmar Məmmədyarov Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib.
Məktubda xarici işlər naziri Elmar Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının Misir xalqının dərdinə şərik çıxdığı qeyd edir və bir daha terrorizmin bütün forma və təzahürləri pisləyir.