Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.
29 may 2015-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.
Elmar Məmmədyarov Xuan Floresi ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş əsnasında Azərbaycan və Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlərin olduğu qeyd edilib.
Səfir fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
X.Flores etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.