news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyun 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib

Görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. 

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulandı və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olundu.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı. 

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti