news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 dekabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasının xarici işlər naziri George Vella ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.

Görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi apardılar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd etdilər.

İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulandı.

Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti