news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 may 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.Bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd olundu.

Həmçinin Hökumətlərarası Komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 

İqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulandı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti