news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 oktyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronu qəbul edib

Nazir Elmar Məmmədyarov Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov Azərbaycanın hal-hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini qeyd etdi. 

Nazir Elmar Məmmədyarov səfir Omar Senon Medina gələcək fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti