Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Qırğız Respublikasının xarici işlər naziri Yerlan Abdıldayev və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Askar Musinovla görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı, iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparıldı.
Həmçinin İƏT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Görüş əsnasında eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıldı.