Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr 2015-ci il tarixində Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
Səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.