Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentinin Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə Rocer Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssüratlar doğurduğunu diqqətə çatdırdı və Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğuladı.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfəsindən danışaraq, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.