news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti