news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2016 03:59

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Brüney Krallığının Xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb

27 aprel 2016 03:59

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

Nazir Cok Senq Lim tədbirdə iştirak edən Brüney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Brüneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti