news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2016

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib

Görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyət, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verən nazir Elmar Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. O əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Kristian Vigeni Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyinin artırılmasının vacibliyini vurğuladı.
Görüşdə həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti