news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 avqust 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

Elmar Məmmədyarov səfir Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti