Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti, Serbiyanın sabiq xarici işlər naziri, Beynəlxalq münasibətlər və davamlı inkişaf mərkəzinin prezidenti və “Horizons” jurnalının baş redaktoru Vuk Yeremiç ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.