news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 aprel 2015

Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Andris Berzinş ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Andris Berzinş ilə görüşüb.

Görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Latviya Prezidenti cənab Andris Berzinşə çatdırdı.

Latviya Prezidenti ən xoş arzuları və salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi.

Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik etdi və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə etdi.

Prezident Andris Berzinş Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi. O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirdi.

Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirdi. O, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğuladı.
Elmar Məmmədyarov 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının məmnuniyyətlə gözlənildiyini qeyd etdi.

Prezident Andris Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və latviyalı atletlərin də bu oyunlarda iştirak edəcəyini bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti