Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb
Görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Tərəflər nazir Manuel Gonzalez Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdilər. Həmçinin, Kosta-Rikanın ölkəmizdə səfirliyinin təsis edilməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğuladılar.