news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 noyabr 2016

Xarici işlər naziri cənab Elmar Məmmədyarov ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib

Görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Ermənistanın münaqişənin həllinə  mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğuladı.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti