news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 fevral 2016

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda işgüzar səfərdə olub

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdü. 

Görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələr ətraflı müzakirə olunub, əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi və xəsarət alanların tezliklə şəfa tapmasını dilədi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti