Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir
Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir
24-26 fevral 2015-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 25 fevral tarixində saat 10:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.