news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2015

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı

Nyu-York, 29 sentyabr 2015-ci il


Cənab sədr,
Hörmətli nazirlər və nümayəndə heyətlərinin rəhbərləri,
Xanımlar və cənablar,

Mən ilk növbədə, iştirakçıları salamlamaq və cənab Sədr, Sizə bu görüşü təşkil etidiyiniz üçün təşəkkür etmək istərdim. Mən həmçinin səfir Maykl Kristidisi səmimi salamlamaq və Baş katib vəzifələrinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamaq istərdim.

Bu qeyri-rəsmi iclas Təşkilat daxilindəki son məsələlər üzrə fikir mübadiləsi aparmaq və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) daha geniş coğrafiyada rolu ilə bağlı ümumi fikrimizi formalaşdırmaq üçün yeni bir imkan yaradır.

Biz son onillikdə QDİƏT-in fəaliyyətini nəzərə alaraq, Təşkilat daxilində davamlı islahatlar yolunun izlənilməsinin Təşkilatın səmərəliliyi və effektivliyinin artırılması üzrə davam etməkdə olan müzakirələrə dəyər qatdığına və onun hüquqi və təşkilati imkanlarını artırdığına və ən əhəmiyyətlisi isə çevik qərar qəbuletmə mexanizminə nail olduğuna inanırıq.

İslahatlar prosesi həmçinin QDİƏT Daimi Beynəlxalq Katibliyinin ideya və təşəbbüslər formalaşdıran, eləcə də müvafiq qərar və qətnamələri yerinə yetirə bilən güclü peşəkar icraçı quruma çevrilməsinə aparmalıdır. Biz əməkdaşlığın bütün sahələrindən faydalanmaqdan da çəkinməliyik. Bizim fəaliyyətlərimiz xüsusi və razılaşdırılmış prioritetlərə əsaslanmalı və təşkilati imkanlarımıza və məhdud insan və maliyyə ehtiyatlarımıza uyğun olmalıdır. QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan QDİƏT-in regiondakı əhəmiyyətli rolundan xəbərdardır və Təşkilatın səmərəliliyinin gücləndirilməsində həqiqətən maraqlıdır. Bu baxımdan biz təşkilata qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzvlərinin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edən QDƏT-in islahatlar prosesini dəstəkləyirik.

Daha dəqiq desək, biz QDİƏT-in bir sıra alt qurumlarının ixtisar edilməsini və onların fəaliyyətlərinin birləşdirilməsi üçün səylərin göstərilməsini təklif edirik. Həmçinin altqurumların əsas hissəsi kimi işçi qrupların fəaliyyətini gücləndirmək də əhəmiyyətlidir.

Azərbaycan bunu nəzərə alaraq, gömrük məsələləri və elm və texnologiya üzrə işçi qruplarının ölkə əlaqələndiricisi vəzifələrini öz üzərinə götürmüşdür. Biz bu qrupların əhəmiyyətli siyasi məsələlərin müzakirə edildiyi və bu işçi qruplar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi üçün yol xəritələrinin qəbul edildiyi iclaslarına ev sahibliyi etdik. Azərbaycan Təşkilatın işinə gələcəkdə də töhfə vermək məqsədilə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə işçi qrup çərçivəsində ölkə əlaqələndiricisinin vəzifələrini könüllü şəkildə öz üzərinə götürmüşdür. Biz İKT ilə birlikdə elmi inkişafın QDİƏT regionunda müvəffəqiyyətli əməkdaşlığın ümidverici sahələrindən biri olmasına inanırıq. Biz müvafiq sahələrdə ümumi səylərimizin təsirini şübhəsiz olaraq gücləndirə biləcək təcrübə mübadiləsi və layihə icrası üçün qənaətbəxş ehtiyatları ayıra və interaktiv işçi platformanı yarada biləcək vəziyyətdəyik.

Təşkilatın fəaliyyətinin praktiki üsullarına gəldikdə, biz Təşkilatın hal-hazırda üzləşdiyi problemlərin öhdəsindən effektiv şəkildə gəlməsi üçün QDİƏT-in maliyyə və büdcə sisteminin gücləndirilməsinin qaçılmaz şərt olmasını düşünürük.

Cənab Sədr,

İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi QDİƏT üzv dövlətlərinin üzləşdiyi çoxsaylı və kompleks problemlərə adekvat və vaxtında cavab verilməsindən asılıdır. Qeyri-stabilliyin əsas mənbələrindən biri olan və iqtisadi inkişaf üçün ciddi maneə olan davam edən silahlı münaqişələrin mövcudluğu tam həcmli regional əməkdaşlıq üçün əsas maneələrdən biridir. Bu məqsədlə, özünün islahatlarla bağlı prinsiplərini müəyyən edərkən bizim təşkilatımız QDİƏT regionunda mövcud olan və potensial təhdidləri nəzərdən qaçırmamalı və onlara adekvat və vaxtında cavab verməyə hazır olmalıdır. Regionda uzunmüddətli sülhün, stabilliyin və əməkdaşlığın bu münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb etməsini deməyə ehtiyac yoxdur.

Təşəkkür edirəm.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti