news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2016

Səfir Elman Abdullayev etimadnaməsini Keniya Respublikasının Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uhuru Kenyattaya təqdim etdi.

Keniya Prezidenti ilə keçirilmiş görüş zamanı səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab Uhuru Kenyattaya çatdıraraq, Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu və bu əlaqələrin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirdi.

Prezident Uhuru Kenyatta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə salam və ehtiramının çatdırılmasını xahiş edərək, ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti